Yasamal rayon İcra Hakimiyyəti bu məlumatı təkzib etdi

10:46 - 25 Noyabr 2021

Yasamal rayon İcra Hakimiyyəti bu məlumatı təkzib etdi

Yasamal rayon icra hakimiyyəti Maliyyə Nazirliyinin “Sovetski”də  “yoxa çıxardığı” evi Yasamal rayon İcra Hakimiyyəti tapdı-Cinayət işi başlaya bilər” başlıqlı məqaləyə münasibət bildirib.

Rayon icra hakimiyyətindən Manset.az-a verilən məlumata görə,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli və 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarlarına əsasən  Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə  yerləşən 2010 yaşayış və qeyri-yaşayış obyektləri  qeyd olunan qərarların təsir dairəsinə düşərək Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınıb.

Qeyd edilən layihə çərçivəsində Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış Daşınmaz Əmlakın Alınması Qrupu və həmin layihə ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “Azər Expert” MMC-nin müstəqil qiymətləndirici ekspertlərinin iştirakı ilə ərazi əvvəlcədən tədqiq edilmiş, alınmanın təsir dairəsinə düşmüş yaşayış və qeyri-yaşayış sahələri əvvəlcədən siyahıya alınmış, mənzil sahibləri ilə görüşlər keçirilmiş və qanunvericiliyin tələblərinə, eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bütün prosedurlar icra olunub. 

İnventarizasiya işləri aparılan zaman Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 10A ünvanında yaşayış sahəsi (tikili) mövcud olmadığından həmin ünvana hər hansı şərti kod (satın alınmalı obyektlərin üzərinə yazılan sıra nömrəsi) verilməmişdir. Eyni zamanda bildirmək istəyirik ki, Anara Baazovanın rayon İcra Hakimiyyətinə kompensasiya tələbi ilə bağlı çox saylı müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 10A ünvanı ilə əlaqədar tərəfimizdən Yasamal rayon 64 saylı MKİS-ə, Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsinə və Yasamal rayon Sukanal İdarəsinə ünvanladığımız sorğulara müvafiq qurumlardan daxil olan cavab məktublarında qeyd edilən ünvanla bağlı abonent kodunun olmadığı bildirilib.

Dərc olunan məqalədə Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 10A ünvanına aid olduğu qeyd edilən 64/150/1 kodu ilə (sıra nömrəsi) bağlı bildirmək istəyirik ki, həmin kod Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 3 ünvandakı tikiliyə verilmişdir. Həmin yaşayış sahəsinin mülkiyyətçiləri Zaur Əli oğlu Mahmudov, Vüqar Əli oğlu Ələkbərov və Mələkxanım Zaur qızı Hacıməmmədova ilə Yasamal rayon İcra Hakimiyyəti arasında yaşayış sahəsinin satın alınmasına dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya, eyni zamanda maddi yardım ödənilib. 

Habelə oxuculara bildirmək istəyirik ki, Anara Baazovanın nümayəndəsi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə qarşı 23 iyul 2019-cu il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Hal-hazırda qeyd olunan inzibati iş məhkəmənin icraatındadır.
 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin