Zelenski müharibədən danışdı - "ümid edirik ki..."

20:56 - 24 Fevral 2025

Zelenski müharibədən danışdı -

Kiyevdə Avropa İttifaqı liderləri ilə birgə mətbuat konfransı zamanı norveçli jurnalist Ukrayna Prezidenti Volodimir Zelenskidən üç illik genişmiqyaslı müharibədən sonra nə ümid etdiyini soruşub.

 

Manset.az xəbər verir ki, bu barədə RBC nəşri yazıb.

“Ümid edirik ki, bu müharibəni üç ildən sonra deyil, bu il bitirə bilərik”, - deyə Ukrayna lideri cavab verib.

Onun sözlərinə görə, qısa müddətdə Ukraynanın Rusiyanın öz ərazisinə qayıtmasının qarşısını almaq üçün təhlükəsizlik təminatlarına ehtiyacı var. Zelenski deyib ki, Ukraynanın Aİ və NATO-ya daxil olması buna kömək edə bilər.

Jurnalistlər Zelenskidən ABŞ prezidenti Donald Trampla münasibəti barədə də soruşublar.

Zelenski ABŞ-ın bütün tərəfdaşlar kimi dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib.

“Biz həmçinin Avropa ilə ABŞ arasında birliyi itirməməyi təmin etməliyik”, - o əlavə edib.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin