"Ətrafımda divar tiksəniz, bu yoldan keçəcəyəm" - Mahir Emreli

10:24 - 25 Noyabr 2021

\"Ətrafımda divar tiksəniz, bu yoldan keçəcəyəm\" - Mahir Emreli

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl paylaşım edib.

Manset.az-ın məlumatına görə, 24 yaşlı hücumçu görüşün oynanılacağı "Kinq Pauer" stadionundan məşq fotolarını yayıb.

Son oyunlarda tənqid hədəfinə çevrilən oyunçu "Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bu yoldan keçəcəyəm" yazıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Lester" - "Legiya" matçı saat 00:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az