Nigar onu təhqir edən izləyicini polisə verdi

10:13 - 25 Noyabr 2021 - MƏDƏNİYYƏT - ŞOU

Əməkdar artist Nigar Şabanova (Qaragözova) sosial şəbəkədə ona təhqir yazan izləyicini polisə şikayət edib.

Manset.az xəbər verir ki, bu barədə xanəndə sosial şəbəkə hesabında məlumat verib.

Belə ki, instaqramda səhifələrin birində Şabanova ilə bağlı paylaşılan yazıya həmin şəxs təhqir yazıb:

"Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin adamı polisə verdim. Şərhi yazan izləyicini tapıb qanun çərçivəsində cəzalandırdılar. Hər kəsə təşəkkür edirəm".


Loading...

Xəbər xətti

30 Noyabr 2021