Vəfat edən tanınmış professor məzarını öncədən alıbmış - Qızından açıqlama

17:00 - 24 Fevral 2025

Vəfat edən tanınmış professor məzarını öncədən alıbmış - Qızından açıqlama

Bu gün torpağa tapşırılan professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda məzar yerini öncədən alıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Ayfər Şəmsizadə məlumat verib.

O bildirib ki, atası öləcəyini sanki öncədən bilirdi:

"Bu gün saat 13:00-da Binəqədidə dəfn etdik. Özü sanki öncədən bilirdi. Özünə qəbiristanlıqda yer almışdı. Kənarlarını, ətrafını düzəltdirmişdi. Elə orada da dəfn edildi".


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin