Renat Dadaşov rəsmən Polşa klubunda

16:11 - 24 Fevral 2025

Renat Dadaşov rəsmən Polşa klubunda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Polşa "Radomyak"ına keçidi rəsmiləşib.

 

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

25 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Müqaviləyə uzadılma variantı da daxildir.

Qeyd edək ki, Renat fevralın 20-də Türkiyənin "Ankaragücü" klubundan ayrılıb. 

Xatırladaq ki, “Radomyak”da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin