"Pakistanla bir-birimizə dəstəyi davam etdirəcəyik" - Prezident
24 Fevral 2025
16:00 - 24 Fevral 2025
Avropa Şurası üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında Aİ-nin Suriyaya tətbiq etdiyi sanksiyalarla bağlı qəbul etdiyi qərarları açıqlayıb.
Manset.az-ın məlumatına görə, bəyanatda Aİ ölkələrinin Suriyadakı vəziyyəti nəzərə alaraq bir sıra məhdudlaşdırıcı tədbirləri “dayandırmaq” qərarına gəldiyi və bu qərarın Aİ-nin Suriyada əhatəli siyasi keçid, iqtisadi dirçəliş, yenidənqurma və sabitliyi dəstəkləmək səylərinin bir hissəsi olduğu bildirilib.
"Aİ Suriyanın əsas iqtisadi sektorlarında məhdudlaşdırıcı tədbirləri dayandırıb", - bəyanatda deyilir.
Açıqlamada enerji, nəqliyyat, maliyyə və bankçılıq kimi sektorlarda əməliyyatların asanlaşdırılacağı bildirilib və neft, qaz və elektrik enerjisi də daxil olmaqla enerji və nəqliyyat sektorlarında tədbirlərin dayandırılması ilə bağlı qərarın qəbul edildiyi qeyd edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin