Prezidentin adından Pakistanın Baş nazirinin şərəfinə dövlət ziyafəti verildi - YENİLƏNİB
24 Fevral 2025
12:45 - 24 Fevral 2025
Abşeronda evlənəcəyi qadının evindən oğurluq edən şəxsə hökm oxunub.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü R.T. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilib və cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, R.T. "TikTok" sosial şəbəkəsi vasitəsilə A.S. adlı qadınla tanış olub. Onların tanışlığı sevgi münasibətinə çevrilib. A.S. təqsirləndirilən şəxsin onunla evlənəcəyinə inanıb, R.T.-nı Xırdalan şəhərində yerləşən evinə dəvət edib.
R.T həmin mənzilin yataq otağındakı masanın üzərinə qoyulmuş sonuncuya məxsus əl çantasının içərisində olan pul kisəsindən 200 manat pulu, 510 manat dəyərində 300 ABŞ dollarını, yataq otağındakı paltar dolabında olan karton qabın içərisindən 1 cüt çəkisi 8,2 qram olan 750 əyarlı, 820 manat dəyərində qızıl sırğanı, 1 cüt çəkisi 4,8 qram olan 585 əyarlı, 336 manat dəyərində qızıl sırğanı, 1 ədəd çəkisi 1,4 qram olan 585 əyarlı, 168 manat dəyərində qızıl üzüyü, 1 ədəd çəkisi 1,3 qram və üzərində 1,2 qram çəkisi olan qızıl kulonla birlikdə 585 əyarlı, 211 manat dəyərində qızıl boyunbağını, 1 ədəd çəkisi 1,47 qram olan 585 əyarlı, 102,9 manat və 1 ədəd çəkisi 0,7 qram olan 585 əyarlı, 49 manat dəyərində 02 ədəd qızıl qolbağı oğurlayıb.
Təqsirləndirilən şəxs qadının evindən oğurladığı pulları və qızıl əşyalarını girov qoyub götürdüyü pulların bir hissəsini öz ehtiyaclarına, bir hissəsini isə internet vasitəsilə oynadığı mərc oyunlarına xərcləyib.
Məhkəmənin qərarı ilə R.T.-ya 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin