Vüsal Aslanov yeni departament yaratdı - Rəis təyin etdi

10:59 - 24 Fevral 2025

Vüsal Aslanov yeni departament yaratdı - Rəis təyin etdi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mühafizə və Yağın Təhlükəsizlik Xidməti ləğv edilib. 

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunula bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. 

QSC-nın sədrinin müvafiq əmri ilə sözügedən qurum iki yerə ayrılıb. Yerində "Bakı Metropoliteni" QSC-nin Mühafizə Departamenti yaradılıb.

Vüsal Aslanovun əmri ilə Zamiq Quliyev sözügedən departamentə rəis təyin olunub. 

Qeyd edək ki, sabiq QSC rəisi Zaur Hüseynovun müvafiq əmri ilə Mühafizə və Yağın Təhlükəsizlik xidməti yaradılmışdı. Sözügedən xidmətin rəisi İnam Əzimov idi. 


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin