AFFA “Turan Tovuz”un iradına cavab verdi

23:45 - 23 Fevral 2025

AFFA “Turan Tovuz”un iradına cavab verdi

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Şamaxı” – “Turan Tovuz” matçının baş tutacağı stadionla bağlı Tovuz təmsilçisinin etirazına AFFA cavab verib.

 

Manset.az xəbər verir ki, qurumdan verilən məlumatda oyunun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadionun qardan təmizləndiyi və oyuna hazır vəziyyətə gətirildiyi qeyd edilib:

“Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır. “Turan Tovuz” PFK-nın “Şamaxı” ilə oyundan əvvəlki bəyanatı AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” PFK hakimləri ilə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz” PFK-nın bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır və müvafiq tədbirlər görüləcəkdir”.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin