Qarlı havada BMW yandı - VİDEO

20:39 - 23 Fevral 2025

Qarlı havada BMW yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin