Mesut Özilə AKP-də vəzifə verildi

20:30 - 23 Fevral 2025

Mesut Özilə AKP-də vəzifə verildi

"Real Madrid”, “Arsenal” və “Fənərbağça” kimi futbol komandalarında çıxış etmiş Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsud Özil Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Mərkəz Qərar və İdarə Komissiyasının (MQİK) üzvü seçilib

 

Manset.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, AK Partiyanın 8-ci Böyük Qurultayı Ankarada keçirilir. Qurultayda 1 607 nümayəndə səs verir və yeni rəhbərlik müəyyənləşdirilir.

Partiya sədri Rəcəb Tayyib Ərdoğan qurultayda Mərkəz İcra Komissiyası və MQİK heyətlərini açıqlayıb və Məsud Özil də bu siyahıya daxil edilib.

Qeyd edək ki, Özil futbolçu karyerasını 2023-cü ildə başa vurub.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin