Böyük sazişi elan etdilər: "Lirə planı" çökür

07:44 - 25 Noyabr 2021

Böyük sazişi elan etdilər:

Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə 10 milyard dollar investisiya yatıracaq.

 

Manşet.az Kanal.az-a istinadən xəbər verir ki, bu barədə Əbu-Dabi İnkişaf Holdinqinin İdarə heyətinin başçısı Mohamed Hasan belə açıqlama verib. O bildirib ki, Türkiyəyə sərmayə yatırmaq üçün 10 milyard dollar ayrılıb.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri şahzadəsi, vəliəhd Məhəmməd bin Zayed əl Nahyan Türkiyəyə səfər edib. Onun prezident Rəcəb Tayyib Ərdoğanla görüşü 2 saat davam edib. Görüşün yekununda iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Birləşmiş Ərəb Əmirliklərinin Türkiyəyə sərmayə yatıracağı barədə xəbərlər yayılandan sonra türk lirəsi dollar qarşısında 9 faiz bahalaşıb. Hazırda 1 dollar 12 lirə civarındadır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin