"İstefa verməyə hazıram" - Zelenski

20:10 - 23 Fevral 2025

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün sülh müqabilində vəzifəsindən istefa verməyə hazır olduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.

“Əgər sülh Ukrayna üçündürsə və həqiqətən də vəzifəmi tərk etməyimə ehtiyac varsa, mən hazıram. Vəzifəmi Ukraynanın NATO-ya üzvlüyü müqabilində də dərhal dəyişə bilərəm”, - deyə Zelenski jurnalistə cavab verib.

Zelenski, diqqətini 20 ildən sonraya deyil, bu gün Ukraynanın təhlükəsizliyinə yönəltdiyini və onilliklər ərzində hakimiyyətdə qalmaq fikrində olmadığını bildirib.

“Hesab edirəm ki, NATO ən ucuz variantdır və bu, doğrudur. Hər halda, kimin dəstəkləməsindən və ya dəstəkləməməsindən asılı olmayaraq, bu mövzu masadadır”, - deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti qeyd edib ki, bu məsələ tərəfdaşlarla müzakirə olunacaq.


Xəbər xətti

23 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin