Avtobuslar bu saata kimi işləyəcək

18:53 - 23 Fevral 2025

Avtobuslar bu saata kimi işləyəcək

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

 

Bu barədə Manset.az-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin