Təhlükəli yeni ştam aşkarlanıb - 3 ölkədə yayılıb

01:21 - 25 Noyabr 2021

Təhlükəli yeni ştam aşkarlanıb - 3 ölkədə yayılıb

Üç fərqli ölkədə son dərəcə yüksək mutasiyaya malik koronavirusun yeni ştamı aşkar edilib.

 

Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb.

B.1.1.529 adlı yeni ştama 10 nəfərin yoluxduğu deyilir. Lakin elm adamları daha çoxunun hələ müəyyən edilmədiyini söyləyirlər. Mutasiyaların profili, virusla mübarizə apara bilən antikorlardan yayınma potensialı ilə əlaqədardır.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) rəsmiləri və alimləri yeni ştamı izləyir və araşdırır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin