Binəqədidə yataqxanada YANĞIN - VİDEO

18:15 - 23 Fevral 2025

Binəqədidə yataqxanada YANĞIN - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan mənzilə artırmanın yanar konstruksiyaları və 1-ci mərtəbədə ümumi sahəsi 60kv.m. olan mənzilə artırmanın tavanı 20kv.m. sahədə yanıb.

Mənzillər və bina yanğından mühafizə olunub.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin