“Sürücülər əyləc sistemini nəzarətdə saxlasınlar” - BDYPİ

15:13 - 23 Fevral 2025

“Sürücülər əyləc sistemini nəzarətdə saxlasınlar” - BDYPİ

Yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində Baş DYP İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

İdarədən Manset.az-a verilən məlumatda aşağıdakılar bildirilir:

“Əlverişsiz hava şəraitində yollarda hərəkət edən nəqliyyat vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.

Bu yoxlamalar, avtomobillərin qış şəraitində təhlükəsiz hərəkət etməsini təmin etmək məqsədini güdür.

Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir.

Sürücülərdən xahiş olunur ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar”.


Xəbər xətti

23 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin