HƏMAS fələstinli məhbusların azad edilməsini tələb edir

13:22 - 23 Fevral 2025

HƏMAS fələstinli məhbusların azad edilməsini tələb edir

Fələstinin HƏMAS hərəkatı beynəlxalq ictimaiyyətə və vasitəçilərə müraciət edərək, İsrailin fələstinli məhbusların sərbəst buraxılmasını təxirə salmaq qərarına qarşı təzyiq göstərmələrini tələb edib.

 

Manset.az xəbər verir ki, bu barədə HƏMAS sözçüsü İzzət ər-Rişq bu barədə hərəkatın Telegram kanalında bəyanat yayıb.

Ər-Rişq bildirib ki, İsrailin məhbusların azad edilməsini təxirə salması qarşı tərəfin razılaşma şərtlərini yerinə yetirmək istəmədiyini bir daha nümayiş etdirir. O, vasitəçiləri və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərərək, məhbusların gecikmədən azad edilməsini təmin etməyə çağırıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi şənbə gecəsi bəyan edib ki, İsrail 22 fevralda azad edilməsi planlaşdırılan 600-dən çox fələstinli məhbusun sərbəst buraxılmasını, HƏMAS-ın Qəzza zolağında israilli girovların azad edilməsini müşayiət edən mərasimlərdən imtina etməyincə, təxirə salıb.

22 fevralda Qəzza zolağında üç mərhələdə girovların təhvili həyata keçirilib. Əvvəlcə iki, sonra üç, daha sonra isə bir nəfər azad edilib. Beş girovun azad edilməsi zamanı HƏMAS bayraqları və plakatları ilə əhatə olunmuş mərasimlər keçirilib. Lakin israilli ərəb Hişam əs-Seyidin azad edilməsi mərasimsiz baş tutub və o, Qırmızı Xaç əməkdaşlarına təhvil verilib.

HƏMAS nümayəndəsi ər-Rişq, İsrail tərəfinin girovların azad edilməsi mərasimlərinin qarşı tərəf üçün alçaldıcı olduğu barədə ittihamlarını əsassız hesab etdiklərini vurğulayıb. O, İsrailin məhbusların azad edilməsini təxirə salmaq qərarını "razılaşmanı qəsdən pozmaq cəhdi" kimi qiymətləndirib.


Xəbər xətti

23 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin