Somalidə fövqəladə vəziyyət elan edildi - "Bizə kömək edin"

23:25 - 24 Noyabr 2021

Somalidə fövqəladə vəziyyət elan edildi - \"Bizə kömək edin\"

Somali hökuməti quraqlıq üzündən ölkədə fövqəladə vəziyyət elan edib.

Manşet.az xəbər verir ki, bu barədə sözügedən ölkənin Baş naziri Məhəmməd Hüseyn Roble bildirib.
"Ölkədə çətin vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan etdik. Beynəlxalq ictimaiyyətdən yardım istəyirik, bizə kömək edin”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Somalidə 1990-cı ildən bəri iqlim dəyişikliyi ilə əlaqədar sel və quraqlıq kimi 30-dan çox fəlakət yaşanıb.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az