HAMAS girovları BQXK-ya təhvil verdi

15:40 - 22 Fevral 2025

HAMAS girovları BQXK-ya təhvil verdi

HAMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində daha 3 girovu təhvil verib.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, Ömər Şem Tov, Eliya Koen və Ömər Venkertı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Qeyd edək ki, proses Qəzzanın Nuseyrat bölgəsində baş tutub.

Razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

Rəsmi məlumata görə, bu gün azad edilməli olan altıncı girov Hişam əl-Sayed Qəzza şəhərində BQXK-ya təhvil veriləcək.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin