Nazir Putinin nümayəndəsi ilə təhsildən danışdı

23:07 - 24 Noyabr 2021 - CƏMİYYƏT

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy görüşüb.

Manşet.az xəbər verir ki, bu barədə E.Əmrullayev Tviterdəki hesabında bildirib.

"Bu gün Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi”, - deyə nazir qeyd edib.


Loading...

Xəbər xətti

29 Noyabr 2021