Bu yolda sürət həddi ENDİRİLDİ
22 Fevral 2025
13:54 - 22 Fevral 2025
Bakı polisi oğurluq edən "parkovşiki" həbs edib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən mağazalardan birinin qarşısında oğurluq hadisəsi qeydə alınıb.
Belə ki, 60 yaşlı qadın içərisində 1270 manat, 940 dollar, 7300 rubl və sənəd olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlanması barədə polisə müraciət edib.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Məmmədxan Nəcəfov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ 5-ci PB-də araşdırmalar davam etdirilir.
Hadisə anının görüntülərini təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin