Minaya düşən Nağı İmanovun SON VƏZİYYƏTİ

12:48 - 22 Fevral 2025

Minaya düşən Nağı İmanovun SON VƏZİYYƏTİ

Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
 

TƏBIB-dən Manset.az-a bildirilib ki, 1963-cü il təvəllüdlü Nağı Novruz oğlu İmanov fevralın 21-də saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağ müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin