16 yaşlı oğlan bıçaqlandı - 2 nəfər saxlanıldı

11:20 - 22 Fevral 2025

16 yaşlı oğlan bıçaqlandı - 2 nəfər saxlanıldı

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə fevralın 21-i saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir  yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

 


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin