Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

10:00 - 22 Fevral 2025

Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürüb.

 

Manset.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

“Mən - 1981-ci il təvəllüdlü, Kiyevdən olan Aleksandr Dubinski bəyan edirəm: Ukrayna prezidentliyinə namizədliyimi irəli sürürəm”, - deyə o bildirib.

Qeyd edək ki, Dubinksi hazırda Kiyev istintaq təcridxanasındadır. O, dövlətə xəyanətdə ittiham olunur.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin