Bu yolda sürət həddi ENDİRİLDİ
22 Fevral 2025
08:15 - 22 Fevral 2025
ABŞ prezidenti Donald Tramp mayın 9-da Rusiyaya səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalının mənbələri iddia edir.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Ağ Ev rəhbəri Qələbə Günü münasibətilə şənliklərdə iştirak edəcək.
Xatırladaq ki, ötən həftə Tramp və Rusiya prezidenti Vladimir Putin təxminən saat yarım telefonla danışıblar. ABŞ prezidenti deyib ki, Ukrayna ilə bağlı danışıqlara “dərhal” başlamaq barədə razılığa gəliblər. Vladimir Putin Ağ Ev rəhbərini Moskvaya dəvət edib.
Görüşün dəqiq nə vaxt keçiriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur. Bloomberg mənbələri daha əvvəl iddia edirdilər ki, dövlət liderləri fevralın sonunda danışıqlar apara bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin