"Xocalıda mina partlayışı ilə bağlı araşdırma aparılır" - ANAMA

21:09 - 21 Fevral 2025

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin