DYP-dən sürücülərə MÜRACİƏT
22 Fevral 2025
21:54 - 21 Fevral 2025
İşğaldan azad edilmiş ərazilərdə mina partlayışı nəticəsində xəsarət alan N. İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.
Manset.az APA-ya istinadən xəbər verir ki, xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.
***
21:00
Minaya düşən şəxs təcili tibbi yardım heyyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hazırda o, Bərdə Diaqnostika Mərkəzinə aparılır.
Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N. İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.
Bundan başqa Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.
***
20:16
Xocalı rayonunda mina hadisəsi baş verib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.
Belə ki, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Nağı İmanov Ağdərənin Sırxavənd kəndindəndir. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin