Azərbaycan millisi Albaniyaya uduzdu

19:50 - 21 Fevral 2025

Azərbaycan millisi Albaniyaya uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsinin ikinci oyununda məğlub olub.

 

Manset.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan yığma meydan sahibi Albaniyaya 0:4 hesabı ilə uduzub.

Qarşılaşma Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunub.

Qeyd edək ki, U-19 daha əvvəl Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olmuşdu.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin