Əhməd əl-Şaraa İlham Əliyevi təbrik etdi
1 Aprel 2025
15:16 - 13 Fevral 2025
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi çox vacib və geniş sahələrdir. Azərbaycan mədəniyyətinin və dilinin yayılması, həmçinin gənc nəsillərin azərbaycanlı kimliyini qorumasını təmin etmək əsas amillərdən biridir. Bəs Azərbaycanda bu işlər hansı istiqamətlərdə aparılır?
Mövzu ilə bağlı Manset.az-a danışan Millət vəkili Aydın Hüseynov bildirib ki, dövlətin müstəqilliyi, inkişafı və dünyadakı müsbət imicinin formalaşmasına onun diasporunun fəallığı, həmrəyliyi də təsir göstərir".
"Məhz bu zərurətdən, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəylik, birlik modelini yaratdı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi dünyanın ayrı-ayrı ölkələrində yaşayan milyonlarla soydaşımızın təşkilatlanmasına, özünütanıtma prosesinə start verdi. Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin diaspor quruculuğuna, azərbaycanlıların vahid amal ətrafında birləşməsinə verdiyi dəstək bu gün əldə etdiyimiz uğurların hərəkətverici qüvvəsi olub”.
Deputat qeyd edib ki, dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlılar Azərbaycanın eşidilən və duyulan səsidir.
"Atalarımız düz deyib, tək əldən səs çıxmaz. Dünya azərbaycanlıları yumruq kimi bir olmalıdırlar ki, Azərbaycanın haqq səsinə səs verənlər çox olsun. Hər bir azərbaycanlı Azərbaycanı o səviyyədə təmsil etməlidir ki, bu, xalqımızın, dövlətimizin başının ucalmasına səbəb olsun. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi çətin olduğu qədər, həm də məsuliyyətlidir. Azərbaycanlı adını daşıyan, damarlarında ulu babalarımızın qanı axan hər bir soydaşımız bu yükün nə qədər şərəfli olduğunu dərk etməlidir, özünü tanımalıdır. Diaspor tariximiz qədim deyil, amma qısa zaman kəsiyində böyük bir təşkilatlanma yolu keçməyi bacarıb. Müasir Azərbaycan uğurla addımlayan, bütün göstəriciləri ilə ön sıralarda duran dövlətdir. Xarici ölkələrdəki diaspor təşkilatlarımız arasında həmrəylik hər gün keçdikcə güclənir və Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərinə doğru inamla irəliləyir. Azərbaycanlıların xarici ölkələrdə yaşaması və burada çox ciddi şəkildə lobbiçilik fəaliyyəti ilə məşğul olması artıq dünya azərbaycanlılarının bir məqsədə-Vətən naminə həmrəy olduqlarına dəlalət edir”.
Politoloq Samir Hümbətov isə qeyd edib ki, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı prioritet istiqamətlər Azərbaycan dövlətində 20-ci əsrin sonlarından başlayaraq daha mütəşəkkil şəkil almışdır.
"Xüsusəndə həmin illərdə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu proses əməlli praktiki addımlarla icra olunurdu. Məsələ burasındadır ki, istər diaspor fəaliyyəti olsun, istərsə də lobbiçilik fəaliyyəti olsun bunlar hər biri son nəticədə dünya azərbaycanlılarının bir araya gəlməsinə imkan yaradır. Təbii ki, Azərbaycanda bir neçə dəfə dünya azərbaycanlılarının qurultayıda keçirilib. Onların yaşadıqları ölkədəki problemlərdə dinlənilib. Onların yaşadıqları ölkə ilə Azərbaycan arasındakı əlaqələrdə hansı rolu oynaya biləcəkləri ilə bağlı konkret təklifləri, tapşırıqlarıda olub. Bu ən yüksək səviyyədə, prezident səviyyəsində həyata keçib. Ona görə də bu kifayət qədər önəmli amildir. Bu istiqamətdə bu gündə işlər gedir. Təbii ki, lobbiçilik və diaspora fəaliyyət ilə həm də Azərbaycanın adiyatı qurumlarıda məşğul olur. Diasporlarla iş üzrə Dövlət komitəsi var. Bu sahədə fəaliyyət göstərir. Xüsusilə Azərbaycanın harda diaspor və təşkilatları var orda daha mütəşəkkil işləyirlər. Olmayan yerlərdə yenilərini yaradırlar. Harda ki, Azərbaycanlılar var ordakı vətəndaşlarımızda əlaqələri genişləndirirlər.
Azərbaycanlıların bir araya gətirilməsi, Dünya Azərbaycanlılarının ideoloji baxışlarının vahid Azərbaycan təfəkküründə formalaşması üçün atılan addımlar xüsusi önəm daşıyır. Təbii ki, müəyyən nöqsanlar ola bilər. Bunlar birdən-birə həll olunan məsələlər deyil. Diaspor və lobbi fəaliyyətində onlar yavaş-yavaş öz həllini tapa bilir. Birdən-birə hamısını həll etmək mümkün deyil. Çünki dünyanın köklü diaspor təşkilatları var. Lobbi təşkilatları var ki, artıq onlar uzun illərə söykənən təcrübəyə malikdirlər. Biz onların qarşısında 34 illik müstəqillik dövründə bu cür mütəşəkkil fəaliyyətimiz varsa, demək ki, bizim çalışmalarımızda davam edir. Azərbaycan dövləti, xüsusəndə Heydər Əliyevin 31 dekabrı Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan etməsindən sonrakı mərhələdə artıq bu istiqamətdə işlər daha çox güclənir. Kifayət qədər işlər görülür. Uzun illərə söykənən fəaliyyət olmalıdır ki, daha da uğurlu nəticələr ortaya çıxsın. Hətta dünyanın müxtəlif ölkələrində işləyən Azərbaycanlıların Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinə xüsusi ehtiyac var".
Seyranə Quliyeva
6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin