Qarlı havada neçə nəfər xəsarət alıb?
22 Fevral 2025
13:02 - 21 Fevral 2025
HƏMAS atəşkəsin ikinci mərhələsinə keçid üçün danışıqların başlamadığını və İsrailin baş naziri Benyamin Netanyahunun prosesi ləngitdiyini bildirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Həmas sözçüsü Əbdüllətif Kanu sosial mediada atəşkəs prosesi ilə bağlı açıqlama verib.
HƏMAS-ın atəşkəs razılaşması və əsir mübadiləsi razılaşmasının bütün mərhələlərini həyata keçirməyə hazır olduğunu deyən Kanu, İsraildən razılaşmanın humanitar protokolun bütün müddəalarını həyata keçirməsini gözlədiklərini bildirib
Kanu qeyd edib ki, Qəzzada əldə edilən məhbus mübadiləsi və atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid üçün danışıqlar hələ başlamamışdır.
Kanu, Qəzza zolağına 15 aydır davam edən hücumlarda İsrailin beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etdiyini və bunun araşdırılması üçün beynəlxalq komitənin yaradılmasını tələb etdiklərini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin