Çin alimləri yeni virus aşkar etdi

12:06 - 21 Fevral 2025

Çin alimləri yeni virus aşkar etdi

Çin alimləri COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna bənzər şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqata Vuhan Virusologiya İnstitutunda işləyən "yarasa qadın" kimi tanınan virusoloq Şi Zhengli rəhbərlik edib.

"Cell" jurnalında dərc edilən araşdırmada Şi və komandası HKU5 koronavirusu ilə əlaqəli yeni bir virus müəyyən etdiklərini açıqlayıblar. Araşdırmaya görə, “HKU5-CoV-2” adlanan bu yeni virus SARS-CoV-2 ilə eyni ACE2 reseptorundan istifadə edərək insan hüceyrələrinə bağlana bilir.

Alimlər bu virusun heyvanlardan insanlara birbaşa və ya ara ev sahibləri vasitəsilə keçmə riskinin “yüksək” olduğunu bildiriblər.

Wuhan Virusologiya İnstitutu, Quançjou Laboratoriyası və Quançjou Elmlər Akademiyası tərəfindən aparılan araşdırmalar yarasalarda tapılan bu yeni virusun zoonoz riski daşıdığını ortaya qoyub.

COVID-19-un mənşəyi ilə bağlı müzakirələr davam edərkən, Şi və bəzi elm adamları virusun təbii şəkildə yayıldığını iddia edirlər.

Ancaq bu günə qədər bu nəzəriyyə üçün qəti dəlil tapılmayıb. 

Digər tərəfdən, yeni kəşf edilən HKU5-CoV-2 virusunun əvvəlki variantlara nisbətən insanlara uyğunlaşma potensialının daha yüksək olduğu bildirilir.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin