Minaya düşən şəxsin sağ ayağı topuqdan amputasiya olundu - YENİLƏNİB
22 Fevral 2025
11:56 - 21 Fevral 2025
Dünən axşam saatlarından etibarən Bakıda yağan qar və yolların buz bağlaması ictimai nəqliyyatın fəaliyyətində problemlər yaradıb.
Manset.az xəbər verir ki, bir çox istiqamətlərə avtobusların intervalında böyük fasilələr yaranıb, bəzi yerlərdə isə ümumiyyətlə marşrut avtobusu tapılmayıb.
Səhər saatlarında Xırdalanda insanlar yollarda qalıb:
“Nə avtobus var, nə də taksi. Xırdalan ictimai həyatdan təcrid olunub. Yollar şüşə kimidir, qum və duz səpilməyib. İnsanlar soyuqda bir ümidlə gözləyirlər”, - deyə sakinlərdən biri bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb, qeyri-sabit hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr ola bilər:
“Şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlarımıza ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”, - məlumatda qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin