"Ukrayna-Rusiya müharibəsində qazanan tərəf Rusiyadır" - AÇIQLAMA

10:59 - 21 Fevral 2025

\"Ukrayna-Rusiya müharibəsində qazanan tərəf Rusiyadır\" - AÇIQLAMA

"Rusiya-Ukrayna müharibəsinin ətrafında hazırki münasibətlər ilk növbədə bu münasibətlərin pisləşməsinə gətirib çıxartdı".

 

Bu sözləri Manset.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. 

O bildirib ki, prezident Donald Trampın Zelenskiyə qarşı səsləndirdiyi fikirlərin şahidi olduq:

"Onu hətta diktator adlandırdı. Müharibəni başlatmaqda günahlandırdı. Putinin sözlərini demiş oldu. Bu sözsüz ki, ABŞ-Rusiya münasibətlərində yeni bir mərhələnin baş verməsinə gətirib çıxarır. Münasibətlərin normallaşmasına təkan verir. Amma Amerikanın Ukrayna və Avropa ölkələri ilə münasibətlərinə mənfi təsir göstərir. Bu ssenaridən itirən tərəf hələki Ukraynadır. Çünki iki hegemon dövlət elə təəssürat yaranır ki, ona qarşı birləşiblər. Eyni zamanda ABŞ-nin Avropa ilə münasibətləri pisləşməkdədir. Xüsusilə də Avropa ittifaqına qarşı tətbiq etmək istədiyi gömrük rüsumlarını nəzərə alsaq, münasibətlərin daha da pisləşməsi ehtimal olunur".

Politoloq qeyd edib ki, qazanan tərəf isə Rusiyadır:

"Hər şeydən əvvəl Rusiya ona qarşı Qərb tərəfindən tətbiq olunan beynəlxalq diplomatik sanksiyaları ABŞ vasitəsilə qıra bildi. Bundan sonra ehtimal var ki, iqtisadi sanksiyalarıda qıra biləcək. Əgər diplomatik münasibətlər yenidən bərpa olunursa, ABŞ növbəti mərhələ kimi iqtisadi sanksiyalarında azaldılmasını nəzərdən keçirə bilər. Bu da Rusiyanın mövqeyini qüvvətləndirir. Həm beynəlxalq arenada həm də Ukrayna ilə danışıqlar masasında. Ukraynan isə indiki halda hər hansısa sülh sazişi imzalamaq istəmir. Atəşkəs üçündə təhlükəsizlik zəmanəti tələb edir. Hər nə qədər Amerika Ukraynaya təzyiqlər göstərsədə qısa zamanda sülh sazişinin imzalananacağına ümüd yoxdur. İndiki halda Zelenskinin tək dayağı Avropa və Britaniyadır".
 

Seyranə Quliyeva 


Digər xəbərlər

Уже в мае всех ждет снег и холод, готовьте одежду
Симоньян заявила о том, что хочет поехать на СВО
Симоньян о борьбе за жизнь мужа Кеосаяна
Сколько домов и денег у семьи Влада Кадони
Чудо: В Москве врачи сказали, что у дочки нет мозга, но она жива!
Какие сладости вообще нельзя покупать в магазинах страны!
Интервью девушки с Урала о самой жуткой и страшной секте: СМИ
Появились детали жизни Гитлера от историков:вытряхнули?
Срочное обращение ко всем жителям Чувашии
20-летний парень из Петрозаводска стал ангелом для многих

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Сколько домов и денег у семьи Влада Кадони
xidmet.tv
Симоньян о борьбе за жизнь мужа Кеосаяна