Qeyri-sabit hava şəraitində bu şəxslər işə getməyə bilər

11:20 - 21 Fevral 2025

Qeyri-sabit hava şəraitində bu şəxslər işə getməyə bilər

Dünəndən etibarən müşahidə olunan qeyri-sabit hava şəraiti nəqliyyatda bir sıra problemlər yaradıb. Bu da iş yerlərinə uzaq yaşayan işçilərə işə gəlməkdə problem yaradır. Bəs, bu məsələ necə həllini tapır? Belə hallarda işə gəlmədiyinə görə, işçinin maaşı kəsilirmi?

 

Mövzu ilə bağlı Manset.az-a danışan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-vəkil Elşad İsayev bildirib ki, qeyd olunan məsələ Əmək Məcəlləsi ilə tənzimlənir:

"Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Məcəlləyə 2-ci Əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır".

Qeyd edək ki, hava şəraitinə görə işə gəlməyən işçinin maaş məsələsi əmək məcəlləsinə uyğun tənzimlənir. 

 

Quliyeva Seyranə 

 


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin