"Siyavuş Novruzov faktları təhrif edir": Mirşahindən sərt tənqid - VİDEO
28 Noyabr 2024
20:53 - 24 Noyabr 2021
"Ümumiyyətlə, haqqımızda yazılanlar bizə paxıllıq edən insanların düşüncələridir. Yazıblar ki, Fədayə xanımla bizim aramızda eşq yaşanıb. Amma onu demək istəyirəm ki, Fədayə xanımla uzun illər duet ortağı olmuşuq. Fədayə xanım həm yaxşı insandır, ifaçıdır, həm də yaxşı yol yoldaşlığı var. Mən onun ustadı olmuşam, bir yerdə fəaliyyətimiz davam edib, gözəl mahnılarımız bu gün də dillər əzbəridir”.
Manşet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. O, uzun illər duet ortağı olan Fədayə xanımla barışdıqlarını və yeni duetlər üzərində işlədiklərini bildirib:
"İstəmirəm ki, xalqımız haqqımızda həqiqətə uyğun olmayan şeylər barəsində düşünsün. Biz yenə də Moskvada Fədayə xanımla bir yerdəyik. İndən belə gözəl duetlərimiz olacaq, onun sənəti əvəzolunmaz bir sənətdir. İstəyirəm xalqımız bilsin ki, biz Fədayə xanımla yenə də bir yerdəyik, yazıb yaradacağıq. Fədayə xanıma çox böyük hörmətim var, çox gözəl insandır, anadır. Oğluyla birlikdə həm sənətini davam etdirir, həm də işləyir. Mən arzulayıram ki, gün o gün olsun ki, oğlunun toyuna gələk. Fədayəylə bizim duet ortaqlığımız yenidən başlayır. Uzun illər idi ki, duet ortaqlığımız əzab-əziyyət çəkirdi, biz birləşə bilmirdik, bəzi mənfur insanların söylədiyi fikirlərə görə belə olmuşdu. Fədayə mənim dostumdur, duet ortağımdır. Allahın köməkliyi ilə çox möhtəşəm duetlərimiz olacaq”.
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğluyla Fədayə Laçının Moskvada toyda birlikdə mahnı ifa etməsi müzakirələrə səbəb olmuşdu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin