Faktiki hava AÇIQLANDI
21 Fevral 2025
22:45 - 20 Fevral 2025
“Sülh sazişinin bir hissəsi kimi Ukraynanın NATO-ya üzvlüyü məsələsi istisna edilib, lakin gələcəkdə bu məsələyə baxıla bilər”.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Mark Rutte deyib.
“Amma düzünü desəm, indi biz və Birləşmiş Ştatlar deyirik ki, bunu sülh prosesinə daxil etmək istəmirik, Ukraynaya bunun sülh sazişinin bir hissəsi olacağına söz verilməyib. Ona görə də biz bu sülh danışıqlarının necə bitdiyini görməliyik. Amma razılaşdıq ki, Ukrayna gələcəkdə NATO-ya üzv olacaq”, - deyə hərbi blokun baş katibi bildirib.
Rutte həmçinin əlavə edib ki, ABŞ Qərb qoşunlarının Ukraynada yerləşdirilməsi ideyasında iştirak etməyəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin