Kolin Qibson magistrantlara praktiki dərslər keçir - FOTOLAR

20:32 - 24 Noyabr 2021

Kolin Qibson  magistrantlara praktiki dərslər keçir - FOTOLAR

“High Park Communications” şirkətinin təsisçisi və direktoru, Strategiya, Rəqəmsal və Media İdarəçiliyi, eləcə də mentorluq üzrə kommunikasiyalar eksperti, Asiya Futbol Konfederasiyasında kommunikasiya direktoru Kolin Qibson (Colin Gibson) ASAPES Multimedia Mərkəzində magistratura təhsil səviyyəsində tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” proqramının I tədris ili magistrantlarına "Onlayn yazı bacarıqları" modulundan praktiki dərslər keçir.

Manşet.az xəbər verir ki, Media mərkəzində keçirilən ilk praktiki dərs zamanı tələbələr ayrı-ayrılıqda Kolin Qibsonu müsahibə ediblər. Müsahibə üçün əvvəlcədən Kolin haqqında araşdırmalar edən tələbələr maraqlı suallar hazırlayıblar. Tet-a-tet müsahibə sonrasında tələbələr məqalə hazırlayıb müzakirələr ediblər.

#ASAPES #İdmanAkademiyası #SportJournalism #İdmanJurnalistikası #Magistratura #Master


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin