“Fənərbaxça” onu icarəyə göndərdi

21:00 - 20 Fevral 2025

“Fənərbaxça” onu icarəyə göndərdi

Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ-də davam etdirəcək.

 

Manset.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” klubu ilə anlaşıb.

Təcrübəli oyunçu MLS təmsilçisi ilə bu ilin iyun ayınadək icarə müqaviləsi imzalayacaq. Futbolçu transfer danışıqlarını yekunlaşdırmaq üçün ABŞ-yə yollanıb.

Qeyd edək ki, Cengiz Ündər “Fənərbaxça”ya 2023-cü ildə Fransanın “Marsel” klubundan keçib.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin