Vatsapda çoxdan gözlənilən funksiya işə salındı

20:28 - 24 Noyabr 2021

Vatsapda çoxdan gözlənilən funksiya işə salındı

Vatsap sosial şəbəkəsində yeni funksiya işə salınıb.

Manşet.az xəbər verir ki, funksiya beta versiyada ortaya çıxıb və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Bu funksiya istifadəçiyə mövcud olan şəkillərdən stikerlər yaratmaq imkanı verir. Hazırda yalnız PC versiyası stikerlər yarada və əlavə edə bilər. Yeniliyin əvvəlcə "Android" əməliyyat sisteminin istifadəçiləri, daha sonra isə "iPhone" sahibləri üçün əlçatan olacağı gözlənilir.

Qeyd edək ki, bu funksiya teleqram messencerində artıq mövcuddur. Teleqramdan fərqli olaraq, vatsapda şəkli fondan ayırmağa, kəsməyə və ya çevirməyə imkan verən tamhüquqlu redaktor olacaq.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin