Minaya düşən şəxsin sağ ayağı topuqdan amputasiya olundu - YENİLƏNİB
21 Fevral 2025
20:20 - 20 Fevral 2025
Bu gündən Azərbaycan Universitetlərinin bakalavr pilləsinə sənəd qəbulu başlayıb. Yayılan məlumata görə, əvvəlki illərin məzunları qeydiyyatdan keçərkən sistem onlardan 45 AZN pul tələb edir. Həmçinin blok imtahanlarının 2-ci cəhdi üçün məbləğ 50 AZN olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı bildirib ki, cari ilin məzunları və imtahanda ilk dəfə iştirak edənlər, həmçinin müəyyən güzəşt kateqoriyasına aid olan şəxslər heç bir ödəniş etmirlər:
"Digər abituriyentlər isə imtahanda iştirak haqqını şəxsi kabinetlərinin hesab bölməsinə əlavə etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddəti (2023 və 2024-cü il) artıq başa çatıb və iştirakçılar ərizənin təsdiq edilməsi üçün Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 6 nömrəli qərarına uyğun ödəniş edirlər. Həmin qərara əsasən İmtahanın birinci mərhələsində iştirak haqqı 45 AZN-dir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin