ÜST Qəzzada poliovirus riski barədə xəbərdarlıq edir

14:46 - 20 Fevral 2025

ÜST Qəzzada poliovirus riski barədə xəbərdarlıq edir

Atəşkəsdən sonra Qəzza zolağında insanların kütləvi şəkildə köçürülməsi poliomielit xəstəliyinin yayılmasını pisləşdirə bilər.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı xəbərdarlıq edib.

"Mövcud atəşkəs nəticəsində əhalinin geniş miqyaslı yerdəyişməsi, çox güman ki, poliovirus infeksiyasının yayılmasını daha da gücləndirəcək", - təşkilatın saytındakı bəyanatda deyilir. Bundan əlavə, qeyd olunur ki, anklavda hələ də poliovirusa qarşı aşağı immuniteti olan və ya heç olmayan insan qrupları var. Qəzzada mövcud vəziyyət, o cümlədən aşırı dolu sığınacaqlar və ciddi zədələnmiş su infrastrukturu ilə daha da gərginləşir.

Bu fonda ÜST Qəzza zolağında peyvəndin yeni mərhələsinin tezliklə başlandığını elan edib. Bu 22-26 fevral tarixlərinə nəzərdə tutulub. Kampaniya çərçivəsində 10 yaşa qədər 591 mindən çox uşağın peyvənd edilməsi planlaşdırılır. Vaksinasiyaya başlamaq qərarının çirkab su nümunələrində virus hissəciklərinin aşkarlanması fonunda verildiyi vurğulanır. Eyni zamanda, 2024-cü ilin avqust ayından bəri anklavda yeni poliomielit hadisəsi qeydə alınmayıb.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin