Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər

19:58 - 24 Noyabr 2021

Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər

Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Manşet.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. 

Söhbət zamanı tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasını müzakirə ediblər.

Həmçinin, Qarabağ məsələsinin ATƏT-in Minsk qrupunun mandatı çərçivəsində müzakirəsinin vacibliyi qeyd olunub.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin