“Global Media Group”dan haker hücumu ilə bağlı AÇIQLAMA

13:12 - 20 Fevral 2025

“Global Media Group”dan haker hücumu ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda bir sıra informasiya resursları kütləvi haker hücumuna məruz qalıb. Hazırda həmin saytlara giriş məhdudlaşıb.

 

Hadisə ilə bağlı "Global Media Group” açıqlama yayıb.

Manset.az açıqlamanı təqdim edir:

"Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.

Bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az”, "Oxu.Az”, "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb. 

Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir. 

Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.  Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.

Xüsusi qeyd etmək istərdik ki, bu adi DDOS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur. 

Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin