Administrasiyanın mart ayı üçün qəbul CƏDVƏLİ
21 Fevral 2025
10:57 - 20 Fevral 2025
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adlarını açıqlayıb.
Manset.az xəbər verir ki, bu siyahıda ölkənin iqtisadi inkişafına mühim töhfələr verən “Azərsun Holdinq”ə aid bir neçə şirkət də yer alıb.
Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumata əsasən şirkətlər qrupuna daxil olan “Sun Food”, “Al Market”, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası və “Bazarstore” şirkətləri 2024-cü ildə ödənişləri ilə diqqət çəkib.
Adıçəkilən qurumlar yüksək məbləğdə vergi ödəyərək, ilk yüzlükdə yer alıblar.
Bununla bərabər “Azərsun Holdinq”ə daxil digər şirkətlər də aktiv vergi ödəyicisi olaraq, ölkə iqtisadiyyatına müsbət təsir göstəriblər ki, nəticədə ümumi məbləğ 146,7 milyon olub.
Qeyd edək ki, 20 mindən artıq insanı daimi iş yeri ilə təmin edən adıçəkilən şirkətlər qrupu dünyanın 40-dan artıq ölkəsinə məhsul ixrac edərək , Azərbaycanın ixrac potensialının artırılmasına mühüm töhfə verir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin