Administrasiyanın mart ayı üçün qəbul CƏDVƏLİ
21 Fevral 2025
10:17 - 20 Fevral 2025
Ölkə ərazisində faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, hazırda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Yağan qarın hündürlüyü Qrızda, Qaxda (Sarıbaş) 12, Şahdağda 11, Gədəbəydə 8, Şəki, Balakəndə 4, Zaqatalada 3, Şuşa, Xankəndi, Tovuz, Şamaxı, Qobustan, Altıağac, Qusar, Xaçmaz, Quba, Xaltan, Şabran, Qəbələ,Yardımlı, Ağstafa, Daşkəsəndə isə 1 sm-dir.
Düşən yağıntının miqdarı Sabirabadda 6, Lənkəranda 5, Biləsuvar 4, Oğuz, Göyçay, Astara, Şahbuzda 2, Naxçıvan, Naftalan, İsmayıllı, Tərtər, Yevlax, Kürdəmir, Zərdab, Beyləqan, İmişli, Cəlilabad, Şirvan, Şəmkir, Tovuz, Neftçala, Lerik, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 26 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada isə 20 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrdir.
Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax(Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay, Qusar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda isə 13 dərəcəyədək şaxta qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin