Tavuşda erməni hərbçinin meyiti Tapıldı

19:33 - 24 Noyabr 2021

Tavuşda erməni hərbçinin meyiti Tapıldı

Ermənistanın Tavuş regionunda güllələnmiş hərbçi meyiti aşkar olunub.

Manşet.az-ın  “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb.

O, başından aldığı güllə yarasından ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin