Axşam içki qəbul edən sürücü səhər sərxoş ola bilərmi? - VİDEO

08:45 - 20 Fevral 2025

Axşam içki qəbul edən sürücü səhər sərxoş ola bilərmi? - VİDEO

Bir bakal pivə və yaxud içərisində spirt olan hansısa enerji içkisi belə testırda sürücünü sərxoş kimi göstərə bilər. Bu, içkinin dozasından asılıdır.

 

Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu müsahibəsində RNM-nin direktor müavini ilham məmmədov deyib. O, bildirib ki, spirtli içki qəbul edən şəxs azı 12 saat nəqliyyat vasitəsini idarə etməməlidir. Əgər müəyyən saat keçib, amma şəxs özünün narahat hiss edirsə yenə də avtomobili idarə etməli deyil.

İlham Məmmədov qeyd edib ki bəzi dərmanlarda da testır zamanı müəyyən spirtli içki miqdarı çıxa bilər. Amma bu qanunla qadağan olunmuş faizi keçmir. Həmçinin alkotestırlar da bir ildən bir yoxlanılmalıdır.

İstənilən halda sərxoş vəziyyətdə sükan arxasına keçmək həm özünüzün həmdə digər şəxslərin həyatını təhlükəyə atma deməkdir. Dünya təcrübəsi də göstərir ki, ən ağır və ya bir neçə nəfərin ölümü ilə nəticələnən qəzaların çoxu spirtli içkinin təsiri altında olan sürücülərin üzündən baş verir.

 

 


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin