Bellingemin cəzası açıqlandı

00:45 - 20 Fevral 2025

Bellingemin cəzası açıqlandı

“Real”ın futbolçusu Cud Bellingem La Liqada iki oyunluq cəza alıb.

 

Manset.az xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin 24-cü turda “Osasuna” ilə matçda nalayiq ifadə işlətməsi səbəb olub.

İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.

Xatırladaq ki, bu görüş 1:1 hesabı ilə başa çatıb.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin